13 Dekabr 2017, Çərşənbə - 15:16

“Avropa Qran Prisi jurnalistlərin gözü ilə” – yeni müsabiqə elan olunub

“Avropa Qran Prisi jurnalistlərin gözü ilə” – yeni müsabiqə elan olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:43 - 15 Mart, 2016

F-1.az xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti yayda ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin təbliğatı çərçivəsində jurnalitslər arasında yeni müsabiqəyə start verib. Müsabiqənin şərtləri ilə tanış olun…

Küləklər şəhərində sürət yarışı

“Avropa Qran Prisi jurnalistlərin gözü ilə” müsabiqəsi ən məşhur və ən bahalı motor-idman yarışını sizin gözünüzdə tanıtmaq üçün möhtəşəm bir şansdır. Biz ümid edirik ki, bizim təqdim edəcəyimiz mövzular üzrə sizin yazdığınız məqalələrlə müsabiqəyə qatılaraq öz təəssüratlarınızı bizimlə bölüşəcək və Formula1 motor-idman mədəniyyətinə dair anlayışın yayılmasına öz töhfənizi verəcəksiniz. Bu müsabiqə ailələri, iş icmalarını, gələcəyin idmançılarını, mühəndis tələbələri, elmi işçiləri, incəsənət sevərləri və kimliyindən asılı olmayaraq ölkənin dörd bir yanından olan ictimaiyyəti növbəti 5 il ərzində Azərbaycanda keçiriləcək bu nəhəng idman yarışında fəal iştiraka səsləyən məqalələrinizi təqdim edəcəyiniz böyük platformadır. Odur ki, daha nəyi gözləyirsiniz? Elə bu gün müsabiqəmizə qatılın!

Müsabiqədə kimlər iştirak edə bilər?

Müsabiqəyə Azərbaycanda yaşayan və işləyən bütün jurnalistlərin qatılmaq hüququ var. Müsabiqədə iştirak etmək üçün azı 21 yaş tələb olunur.

Məqalələrin təfsilatı

Məqalə azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır. Məqalənin uzunluğu 400 sözdən az və 600 sözdən çox olmamalıdır.

Müsabiqə mövzuları

  • 1. Bakı Şəhər Halqası
  • 2. Döngələr və tribunalar
  • 3. Yarış hazırlığı
  • 4. Komandalar, pilotlar və məşhurlar
  • 5. Avropa Qran Prisinin rəsmi elçiləri
  • 6. Avropa Qran Prisinə ev sahibliyi edən şəhərin üstünlükləri

Müsabiqənin müddəti

Məqalələrin son təhvil verilmə tarixi 15 aprel 2016-cı ildir. Təhvil verilmiş məqalələr münsiflər heyəti tərəfindən dəqiqliklə qiymətləndirildikdən sonra müsabiqənin qalibləri 22 aprel 2016-cı il tarixində elan olunacaq.

Müsabiqənin münsiflər heyəti

Bütün məqalələr aşağıdakı münsiflər heyəti tərəfindən qiymətləndiriləcək:

  • 1. Rəhim Əliyev, Avropa Qran Prisinin Rəsmi Elçisi
  • 2. Nigar Arpadarai, Avropa Qran Prisinin Milli Mətbuat Katibi
  • 3. Səmayə Məmmədova, Gənclər və İdman Nazirliyinin Mətbuat Katibi

Müsabiqəyə necə qatılmaq olar?

Müsabiqəyə qatılmaq üçün yazdığınız məqalənin hər hansı bir mətbu orqanda çap olunmuş və ya internet səhifəsində yayımlanmış nüsxəsini (elektron şəkil formasında) ən geci 15 aprel tarixində olmaqla press@synergy.az elektron poçt ünvanına “Küləklər şəhərində sürət yarışı” başlığı ilə göndərməyiniz xahiş olunur.

Mükafatlar

  • 1. Müsabiqədə birinci yeri tutmuş jurnalist Avropa Qran Prisinə yarış həftəsonunun hər üç günü üçün keçərli olacaq 2 biletlə təmin olunacaq
  • 2. Müsabiqədə ikinci yerə yiyələnmiş jurnalist Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən üzərində şirkətin loqosunun əks olunduğu dəyərli hədiyyələrlə mükafatlandırılacaq
  • 3. Müsabiqənin ən yaxşı beş məqaləsini yazan jurnalistlər sertifikatla təltif olunacaqlar

Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 420
Teqlər , , , ,
Paylaş

logo