23 Oktyabr 2018, Çərşənbə axşamı - 20:34

Azərbaycan-2016: Günün sürücüsü – Serxio Peres

Azərbaycan-2016: Günün sürücüsü – Serxio Peres

Müəllif: Rauf Hacıyev, redaktor

17:44 - 21 İyun, 2016

Serxio Peres Avropa QP-də göstərdiyi performansa görə növbəti dəfə “Günün Sürücüsü” seçilib.

F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda 2-ci yeri tutsa da, ötürmələr qutusunu dəyişdirildiyi üçün startda 5 yer itirmişdi və yarışa 7-ci yerdən başlamışdı. Ancaq Peres yarışda 4 pillə yüksəldi və sonuncu dövrədə Kimi Rəykköneni keçərək 3-cü yeri tutdu. Beləliklə, melsikalı sürücü bu mövsüm ikinci podiumunu qazandı.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir. Bundan əvvəl AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen  İspaniyada yarışın qalibi Maks Ferstappen, Monakoda  Serxio Peres və nəhayət Kanadada Maks Ferstappen “Günün sürücüsü” seçilmişdilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 344
Teqlər , , , , , ,
Paylaş

logo