16 Oktyabr 2018, Çərşənbə axşamı - 21:09

Alonso və Rəykkönenin mühərriklərinə ziyan dəyməyib

Alonso və Rəykkönenin mühərriklərinə ziyan dəyməyib

Müəllif: Rauf Hacıyev, redaktor

19:04 - 23 Mart, 2016

Fernando Alonso və Kimi Rəykkönenin mühərrikləri Avstraliya QP-də zədələnməyiblər…

F-1.az xatırladır ki, Fernando Alonso 300 km/saat sürətlə Esteban Qutyerresə çırpılmış və 3 dəfə salto vuraraq bariyerlərə dəymişdi. Kimi Rəykkönenin bolidi isə pit yolunda yanmışdı.

Fernando Alonsonun bu qəzası McLaren komandasını 300 min avro ziyana salıb. Fernando Alonso İspaniyanın Marca qəzetinə verdiyi müsahibədə bildirib ki, mühərriyə və sürət qutusuna ziyan dəyməyib.

İtaliyanın Autosprint nəşri bildirib ki, Kimi Rəykkönenin problemi həddən artıq isinməyə görə olub, amma mühərriyə heç bir ziyan dəyməyib.

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, mühərrikdə heç bir problem olmayıb: “Əgər biz telemetriyada güc qurğusu ilə bağlı problemin olduğunu görsəydik, Kimini pitə qaytarmazdıq. Ona – “Tez mühərriyi söndür” deyərdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 391
Teqlər , , , ,
Paylaş

logo