A.Covinatsi Formula E bolidi barədə danışıb

Mərakeşdə Formula E testində iştirak edən Antonio Covinatsi bildirib ki, əsas hədəfi Formula1-dir.

F-1.az xatırladır ki, italiyalı sürücü keçən il Sauber komandası ilə iki Qran Pridə iştirak etsə də, isveçrəlilər 2018-ci il heyəti üçün Ferrari-nin gənc sürücü proqramının digər üzvü Şarl Lekleri seçmişdilər.

Antonio Covinatsi: “Formula E əvvəl sürdüyüm digər maşınlardan fərqlənirdi. Daha az asfaltayatma qüvvəsi var. Yəni əyləclərə daha çox güc düşür. Amma günüm əla keçdi. Formula E testini öz gücümə etdim. Ferrari burada mənə dəstək olmadı. Orada işlərin necə getdiyini anlamaq istədim. Çünki yarış maşınını sürməkdən yaxşı heç nə yoxdur. Lakin Formula1 yenə də əsas hədəfimdir və bunun üçün əlimdən gələni edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*