Yaponiya-2016: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton klassik Suzuka trasında qələbəyə əsas favorit olacaq. Onun komanda yoldaşı Niko Rosberqin şansları bir qədər az qiymətləndirilib. Bukmeykerlərin fikrincə, bir həftə əvvəl mövsümdə ilk qələbəsini qazanmış Rikkardonun da qələbə qazanmaq şansı yüksəkdir – tras Red Bull maşınlarına düşərli olmalıdır…

Yaponiya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.25
Niko Rosberq 2.87
Daniel Rikkardo 6.00
Sebastyan Fettel, Maks Ferstappen 8.50
Kimi Rəykkönen 26.00
Censon Batton, Fernando Alonso 81.00
Serxio Peres, Niko Hülkenberq, Daniil Kvyat, Karlos Sayns 201.00

 

Malayziyada qələbə qazanmasa da, podiumun son pilləsinə qalxmaqla Rosberq karyerasında ilk tituluna sevinmək üçün vacib addım atmışdı – bukmeykerlər bunu nəzərə alıblar. Ferstappen və Ferrari sürücüləri titula riyazi şanslarını itiriblər, Rikkardonun şansı isə fantastika hesab olunur…

Dünya çempionatında qələbə (sürücülər)
Niko Rosberq 1.57
Lyuis Həmilton 2.37
Daniel Rikkardo 1001.00
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*