Williams yeni tərəfdaşlarla müqavilə bağlayıb

Williams komandası bu gün verdiyi açıqlama ilə Tata Communications və Athletic Propulsion Labs-la müqavilə imzaladığını bildirib.

F-1.az bildirir ki, müqaviləyə əsasən Tata Communications 21 yarış ərzində bazaya məlumat ötürəcək.

Bundan başqa, Athletic Propulsion Labs şirkəti komandanı ayaqqabı ilə təmin edəcək. Müqaviləyə əsasən trasda işləyən 80 işçiyə yeni dizayn edilmiş TechLoom Breeze idman ayaqqabıları veriləcək.

Müqavilələrin müddəti barədə məlumat verilməyib. Şirkətlərin loqotiplərinin bolid üzərində olub-olmayacağı isə bilinmir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*