S.Fettel: “Bilirdim ki, Maks hücum edəcək”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Ferstappenin hücum edəcəyindən xəbərdar olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü birinci pit-stopdan sonra Maks Ferstappenlə mübarizə aparıb. Hollandiyalı sürücü arxa düzlükdə gec əylənərək, Fetteli keçsə də, apeksə daha yaxşı düşən dördqat Dünya Çempionu yerini qoruya bilib.

Sebastyan Fettel: “Onun gəldiyini gördüm. Maksı özüm qədər yaxşı tanıyıram və bilirdim ki, orada bəxtini sınayacaq. Buna görə də onun önündən çəkildim və işə yaradı. Ondan bir az qabaqda idim və Maksın son döngəyə girərkən yeri yaxşı deyildi. Həzz aldım, amma bir az da tempimiz olsaydı, daha çox həzz alardım.

Podiumda olduğum üçün xoşbəxtəm. Mercedes sürücüləri ilə mübarizə aparmağa çalışsaq da, alınmadı. Maksla yarışarkən həzz aldım. Lakin məqsədimiz Mercedes-lə yarışmaq idi. Lyuis və Valtteri bu gün əla işlədilər.

Şarl Lekleri keçərkən, daha sürətli gedəcəyimi düşündüm. Amma tempim yox idi. Təkərləri bloka saldım və bütün üstünlüyü itirdim. Şarlın Maksı keçə bilməməsi məyusedicidir. Trasdakı qüllədən nəticələri izləyirdim və ümid edirdim ki, Maksı keçər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*