2011-ci il reqlamentinə dəyişikliklər

2011-ci il mövsümündə Formula1-i növbəti reqlament dəyişiklikləri gözləyir. Onlardan bəziləri son illərdə peyda olmuş maraqlı elementləri qadağan edir, bəziləri isə […]

2011-ci il mövsümündə Formula1-i növbəti reqlament dəyişiklikləri gözləyir. Onlardan bəziləri son illərdə peyda olmuş maraqlı elementləri qadağan edir, bəziləri isə sürücü və komandaların davranışlarını müəyyən edir…

Hava kanalına qadağa

Arxa antiqanadın effektliyini dəyişən hava kanalı (F-kanal) McLaren maşınlarında hələ mövsümöncəsi testlərdə peyda olmuşdu və mövsümün gedişində bütün komandalar bu elementi nüsxələdilər. Hava kanalı düz yolda sürəti artırmaqla ötmək imkanı verirdi, düzdür, digər maşınlarda da anoloji element peyda olduqdan sonra bu imkan yox olmuşdu.

2011-ci ildən etibarən sürücülərin aerodinamik effektliyi dəyişən istənilən hərəkətləri qadağan olunub.

İkiqat diffuzorlara qadağa

2009-cu ildə çempionatın reqlamenti ciddi dəyişikliyə uğramışdı və üç komandanın – Brawn GP, Williams və Toyota komandalarının mühəndisləri qaydalarda maşının arxa hissəsində asfalta yatma qüvvəsini ciddi dərəcədə artıran ikiqat diffuzorun tətbiq olunması imkanını görmüşdülər. Əvvəl bu element komandalar tərəfindən protest edilsə də, FİA onun leqallığını təsdiq etdi və 2010-cu ildə artıq bütün komandalar mövsümə belə bir elementlə başlamışdılar.

Bəziləri hesab edirdilər ki, FİA bu elementi qadağan etməməlidir, çünki komandalar bu elementin hazırlanmasına artıq kifayət qədər məsrəf xərcləmişdilər, elementin qadğan olunması isə məsrəfləri azaltmayacaq, digər tərəfdən artıq mövcud olan elementi təkmilləşdirmək yeni elementin hazırlanmasına nisbətən daha ucuz başa gələrdi.

Təəssüf ki, 2009-cu ildə bu elementin peyda olması işçi qrupun işinə mənfi təsir etdi, çünki qrup yeni reqlamentlə ötmələrin sayını artırmağa ümid edirdi – ikiqat diffuzor isə maşının altından çıxan hava axınının xarakteristikasını dəyişərək arxadan gələn maşının aerodinamik effektliyini azaldırdı.

Yeni reqlament bu elementdən istifadəni qadağan etsə də, keçən ildən tətbiq olunan işlənmiş qazlardan istifadə olunması sisteminin tətbiqinə icazə verir.

Ön antiqanadın hərəkətli elementinə qadağa

2009-cu il mövsümündə Formula1-də ilk dəfə olaraq hərəkətli aerodinamik elementlərin tətbiqinə icazə verilmişdi və sürücülər ön antiqanadın konfiqurasiyasını düyməyə basmaqla korrektə etmək imkanı almışdılar. Qanadın elementlərindən biri hər dövrədə iki dəfə vəziyyətini altı dərəcə dəyişə bilirdi.

Bu elementi də işçi qrup ötmələri artırmaq məqsədilə təklif etmişdi, amma digər təkliflər kimi bu element də özünü doğrultmadı. 2011-ci ildən isə bu element qadağan olunacaq, əvəzində arxa antiqanadın hərəkətli elementi peyda olacaq.

Arxa antiqanadın hərəkətli elementi

FİA Formula1-də ötmələrin artması ilə məşğul olan texniki işçi qrupun yeni təklifini qəbul edib, arxa antiqanadın yuxarı elementi sürücü tərəfindən hərəkətə gətiriləcək.

Sıralanma turunda sürücülər bu elementdən istədikləri kimi istifadə edəcəklər, yarışda isə yalnız hücuma keçən sürücüyə bu elementdən yararlanmaq ixtiyarı veriləcək – qarşıdakı maşına bir saniyədən az məsafəyə yaxınlaşan maşında sistem aktivləşəcək, əyləc pedalı basıldıqdan sonra sistem işini dayandıracaq. Birinci il bu element məcburi deyil.

KERS

2009-cu il mövsümünün daha bir yeniliyi – kinetik enerjinin rekuperasiyası sistemi (KERS) 2010-cu ildə komandaların qeyri-rsəmi razılaşmasına əsasən istifadə olunmasa da, 2011-ci ildən sistem yenə də çempionata qayıdır, düzdür, bu dəfə yenə də məcburi deyil.

KERS-dən 2009-cu ildə yalnız 4 komanda istifadə etməyə başlasa da, mövsümün sonuna qədər bu sistemdən yalnız Ferrari və McLaren komandaları yararlanmışdı. Sistem ağır olduğundan maşının çəki paylanması ciddi problemlər yaradırdı, amma 2011-ci ildə maşının minimal çəkisi 640 kq olacaq, uzunboylu ağırçəkili sürücülər üçün KERS problem olmamalıdır.

Düzdür, 2009-cu ildən fərqli olaraq, bu dəfə maşınlar startda dolu baklarla olacaqlar.

Maşının çəki paylanması

2011-ci ildə reqlament maşının oxlarına nəzərən çəki paylanmasını sərt təyin edib, bununla da mühəndislər optimal balans axtarışında müəyyən azadlıq qazanıblar. İndi çəkinin 46.5%-i ön oxa düşməlidir, amma yeni təkər istehsalçısının çempionata gəlməsi ilə əlaqədar olaraq, 1% kənarlaşmaya icazə verilir.

Ötürmələr qutusunun əvəzlənməsi

2011-ci ildən ötürmələr qutusu ardıcıl beş Qran Pri məsafəsinə tab gətirməlidir. Plandan kənar birinci əvəzlənməyə görə sürücü cərimə olunmur (mövsümün sonuncu yarışından başqa), bu halda yeni ötürmələr qutusu sadəcə uik-endin qalan hissəsini başa vurmalıdır.

Təkər təchizatçısının dəyişməsi

Bridgestone şirkəti 2010-cu ildən Formula1-i təkr edəcəyini bildirmişdi, mövsümün gedişində çempionat rəhbərliyi bir neçə şirkətlə danışıqlar aparsa da, seçimini İtaliyanın Pirelli şirkəti üzərində saxladı. Təkər tərkiblərinin adları eyni qalacaq – Hard, Medium, Soft və SuperSoft, təkərlərin ölçüləri eyni qalsa da, xarakteristikası dəyişəcək, bu isə maşının davranışında əks olunacaq.

Təkərdən istifadə qaydası

Təkər dəstindən istifadə o zaman sayılır ki, maşına quraşdırılmış transponder pit-leyndən çıxış xəttini keçsin.

Əgər yarış yağışlı elan olunmayıbsa:

Cümə sərbəst yürüşlərində hər bir sürücü üç dəst təkər alacaq – iki bərk və bir yumşaq, bu təkərlər yalnız cümə günü istifadə oluna bilər, həm də birinci sessiyadan sonra hər sürücü bir bərk tərkibi istehsalçıya qaytarmalıdır, yerdə qalan tərkibləri isə şənbə sərbəst yürüşlərinədək istehsalçıya qaytarmalıdır. Əgər komanda trasa əlavə sürücü buraxarsa, həmin sürücü əvəz etdiyi sürücünün təkər dəstlərindən istifadə edəcək.

Yarışın dayandırılması və restartın mümkünsüzlüyü şəraitində hər iki təkər tərkibindən istifadə etməyən sürücülərin yekun nəticələrinə otuz saniyə əlavə olunacaq, bununla təkər dəyişən sürücülrin vaxt itkisi kompensə ediləcək.

Finişə qədər hər iki təkər tərkibindən istifadə etməyən sürücünün nəticəsi protokoldan çıxarılır.

Sıralanma turu

2011-ci ildən FİA “107% qaydası”nı geri qaytarır. Bu qayda yalnız sıralanma turunun birinci sessiyasında tətbiq olunur – protokolda birinci olmuş sürücüyə 107%-dən çox uduzan sürücülər yarışa buraxılmayacaqlar. Amma istisna hallar da var – müəyyən qəza və ya digər səbəbdən sessiyanı uşursuz başa vuranlar üçün. Həm də əgər sürücü sərbəst yürüşlərdə yaxşı nəticə göstəribsə, onda stüardlar onun starta çıxmasına icazə verə bilərlər. Əgər belə sürücülərin sayı çox olarsa, onların start yerini də stüardlar müəyyən edəcəklər.

Personalın işinə qadağa

Maşına xidmət edən personalın heç bir işçisi birinci və üçüncü sərbəst yürüşlərə 10 saat qalmış başlayan altısaatlıq müddət ərzində avtodromda olmamalıdır. Hər bir komanda bu qaydanı mövsümün gedişində dörd dəfə poza bilər.

Pit-leyn

Pit-leyn iki zonaya bölünəcək. Trasa yaxın hissə “sürətli” adlanacaq və eni 3.5 metrdən çox ola bilməz. Bokslara yaxın hissə “daxili” adlanacaq.

Əgər maşın 38.2 (start düzümünə gecikmə) və 41.5 (yarış dayandırılıb) maddələrində nəzərdə tutulmayan hallarda pit-leynin çıxışına düşərsə, onunla yalnız daxili hissədə işləmək olar. Sürətli hissədə işləmək istənilən halda qadağandır.

Start prosedurundan sonra ləngimiş maşın yalnız öz boksundan pit-leynin çıxışına yönələ bilər. Sessiyanın startından əvvəl pit-leynin çıxışına gəlmiş maşınlar sürətli hissədə bir düz xətt üzrə ardıcıl düzülməlidirlər və bu ardıcıllıqla trasa çıxmalıdırlar – maşınlardan birinin ləngiməsi istisna olunur. Maşını pit-stopdan sonra təhlükəsiz trasa buraxmaq məsuliyyəti komandanın üzərinə düşür. Komanda ön tərəfdən aşkar sürətdə trasa çıxma anını maşına xəbər verməlidir.

Xüsusi hallarda yarışın direktoru yarışın gedişində pit-leynə girişi təhlükəsizlik baxımından bağlaya bilər. Bu zaman yalnız zəruri təmirə ehtiyacı olan maşınlar pit-leynə girə bilərlər.

Trasda sürücülərin davranışı

Digər sürücüyə mane ola biləcək istənilən manevr qadağan olunur – öz mövqeyinin müdafiəsi zamanı trayektoriyanın bir dəfədən çox dəyişdirilməsi, avtomobilin trasdan qəsdlə çıxarılması və ya trayektoriyanın hər hansı bir digər anormal dəyişdirilməsi.

Sürücülər daim trasda qalmalıdırlar. Trasın kənarındakı ağ zolaq trasın bir hissəsi sayılır, porebrik isə tras sayılmır. Əgər maşının bütün dörd təkəri trası tərk edibsə, sürücü trasdankənar hesab olunur. Əgər belə bir vəziyyət müəyyən səbəblər üzündən baş verərsə, sürücü trasa qayıtmaq hüquqna malikdir – amma o bunu təhlükəsiz və heç bir üstünlük qazanmadan etməlidir.

Bir dövrə geri qalmış sürücü ilk mümkün vəziyyətdə daha sürətli sürücünü buraxmalıdır, əgər o bunu etməsə, onda ona mavi bayraqlarla işarı olunacaq. Əgər sürücü mavi bayraqlara məhəl qoymasa, bu barədə yarışın hakimlərinə xəbər verilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*