Porsche-nin elanı hamını yanıldıb

İki gün əvvəl Porsche Formula E komandasının sosial şəbəkələrdəki hesabında yanvarın 16-da elan edilməli olan tədbirin maraqlı anonsu yayılıb.

F-1.az xəbər verir ki, avtoidman ictimaiyyətində bunun Williams komandasının alınması ilə bağlı ola biləcəyini danışılıb. Məsələ o qədər geniş rezonans doğurub ki, komanda hətta təkzib verməli olub.

Porsche-nin açıqlamasını gözləməkdən başqa çarə qalmayıb – açıqlama da çoxlarını məyus edib. Məlum olub ki, alman şirkətinin elan etdiyi “vacib hadisə” sosial media kanalının adının Porsche Formula E-dən Porsche Motorsport-a dəyişdirilməsi olub.

“Bunu etdik! Bu kanal elektrik maşınların küçə yarışlarının dünyasına ev sahibliyi edib və buna davam edəcə, lakin onu rəsmi qlobal Porsche Motorsport kanalına çevirməyin vaxtı çatıb.”

Bununla belə, Porsche daha bir cümlə əlavə etməklə şayiələr üçün yer qoyub: “Davam etmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*