18 Fevral 2019, Bazar ertəsi - 08:12

Finlandiya təqvimə girməyə hazırlaşır?

Finlandiya təqvimə girməyə hazırlaşır?

Müəllif: Rauf Hacıyev, redaktor

12:03 - 19 Yanvar, 2019

Bəzi şaiyələrə görə Finlandiya gələcəkdə Formula1 yarışı keçirə bilər.

F-1.az bildirir ki, finlandiyalılar Formula1-də 4 Dünya Çempionluğu və 50 qələbə qazanıblar. Bu statistikaya görə ən yaxşı beşinci ölkədirlər. Lakin indiyə kimi Formula1 Qran Prisi qəbul etməyiblər.

AKK Motorsport Finlandiyanın yarışları qəbul edə biləcəyini yazıb. Trasın adı Kymi Ring olacaq və 2020-ci ildə MotoGP yarışlarını qəbul edəcək. Tras daha sonra Formula1 yarışlarına da ev sahibliyi edəcək.

Qeyd edək ki, hazırda peletonda iki finlandiyalı sürücü var. Bunlardan biri 2007-ci ilin Dünya Çempionu Kimi Rəykkönen, digəri isə Mercedes-lə 3 yarış qazanmış Bottasdır.

AKK-nin rəhbəri Tatu Lehmuskallio bu barədə belə danışıb: “Finlandiya avtoidmanda əsrarəngiz mirasa sahibdir. WRC-də də başqa ölkələrə nisbətən daha çox çempionluq və xal qazanmışıq. Beynəlxalq arenada yaxşı tanınırıq. Çoxlu fanatlarımız var”.

Onu da bildirək ki, Finlandiyada MotoGP yarışı bu il olmalı idi, amma tras vaxtında hazır olmadığı üçün yarış bir il təxirə salınıb.

Qeyd edək ki, trasın uzunluğu 4.49 kilometrdir və Helsinkidən 160 km uzaqlıqdadır. Trasın 80 faizi hazırdır və tikintinin iyunda bitməsi gözlənilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər ,
Paylaş

logo