E.Qutyerres Mercedes-in developer sürücüsü olub

Esteban Qutyerres bu ildən etibarən Mercedes komandasının developer sürücüsü olacaq.

F-1.az xatırladır ki, Sauber və Haas komandalarının sabiq sürücüsü daha əvvəl Ferrari-nin simulyatorunda işləyib. Meksikalı sürücü keçən il də Mercedes-in simulyator proqramında olub. Gənc sürücü bu yolla yenidən Formula1-ə qayıtmaq istəsə də, Williams komandası Robert Kubitsanı transfer etdiyi üçün arzusu ürəyində qalıb. Buna görə də Esteban 2019-cu ildə Mercedes-in həm developer, həm də simulyator sürücüsü olacaq. Mercedes-in ehtiyat sürücüsü isə Esteban Okondur. Fransalı sürücünün daha çox trasda vaxt keçirəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*