Ə.Qrin: “2021-ci ildəki maşınlar qüsursuz olacaq”

Force İndia komandasının texniki direktoru Əndi Qrin düşünür ki, 2021-ci il üçün planlaşdırılan aerodinamik konsept əla olacaq.

F-1.az bildirir ki, Formula1-in idman direktoru Ross Braun vəzifəyə gələn kimi idmanı daha yaxşı vəziyyətə gətirmək üçün bir texniki heyət qurub. Bu heyətdə önəmli adamlar var və 2021-ci il üçün müxtəlif ideyalar hazırlayıblar. Bu dəyişikliyin məqsədi isə ötmələri daha da asanlaşdırmaq və yarışları daha maraqlı etməkdir.

Əndi Qrin: “2021-ci ildə böyük dəyişikliklər olacaq. Yeni konsept həyəcanvericidir. Hazırkı maşınlardan çox fərqli olacaq. Formula1 aerodinamika üçün doğru işlər görüb. Belə olan halda sürücülər bir-birilərini rahatlıqla izləyə biləcəklər. Bunu edə bilmək üçün isə maşının quruluşu tamamilə dəyişməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*