Ç.Fyorio: “M.Şumaxer niyə təriflənir?”

Ferrari komandasının sabiq rəhbəri Çezare Fyorio da Mik Şumaxerin həddən artıq şişirildiyini düşünür.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il ikinci mövsümündə Formula3-ün qalibi olmuşdu. Bu il isə Prema komandası ilə Formula2-də mübarizə aparır.

Bəhreyndə F2-də ilk yarışlarına çıxan 20 yaşlı sürücü 8-ci və 6-cı yerləri tutmuşdu.

Çezare Fyorio: “Formula2-də Prema komandasında yarışır. Güclü komandadır. Amma Bəhreyndə 8-ci və 6-cı oldu. İkinci yarışda tərs düzülüşə görə pouldan başlamışdı.

Bəhreyndəki testlərdə ikinci olsa da, heç kəs var qüvvəsi ilə sürmürdü. Ferstappen sərt təkərlərlə Şumaxerdən daha sürətli idi. Məncə, şişirilir. Sadəcə hamıya maraqlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*