Boşunq Campos-da çıxışını davam etdirəcək

İsveçrəli sürücü Ralf Boşunq 2023-cü ildə Formula2-də Campos komandası ilə yoluna davam edəcək.

F-1.az xatırladır ki, bu il onurğa və boyun ağrıları üzündən Barselona, ​​Monako və Silverstoun mərhələlərini buraxmalı olan sürücü İmola və Spada podiuma qalxıb. Mövsümün sonuna bir mərhələ qalmış Ralf fərdi sıralamada on beşinci yeri tutur.

Ralf Boşunq: “Gələn il Formula2-də Campos ilə yolumu davam etdirmək fürsətinə görə hər kəsə minnətdaram. 2021-ci ildə Formula2-də yeganə tam mövsümümü keçirdim, builki çempionat boyun ağrısı ilə başladı və bu, yarış qabiliyyətimə təsir etdi.

Mənə elə gəlir ki, yarımçıq işim var və sübut etmək istəyirəm ki, Campos ilə birlikdə ardıcıl olaraq çox yaxşı nəticələr əldə edə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*