13 Dekabr 2019, Cümə - 06:29

2021-ci ildə Formula1-də yeni komanda görəcəyik?

2021-ci ildə Formula1-də yeni komanda görəcəyik?

Müəllif: Elçin Zodorov, redaktor

15:47 - 24 Avqust, 2019

RaceFans.net resursunun məlumatına görə, Silverstounda – tarixi trasın yaxınlığında 2021-ci ildə Formula1-də debüt etməyi planlaşdıran Panthera Team Asia F1 adlı şirkət müvəqqəti baza yaradıb.

F-1.az RaceFans-a istinadən bildirir ki, şirkətin təsisçilərindən biri SMP Racing və BR Engineering-in sabiq icraçı direktoru, hazırda isə WEC-də Rusiya proqramında çalışan Benjamin Dyurenddir. Komandanın formalaşdırılması prossesi davam edir, xüsusilə də, aerodinamika üzrə rəhbər vəzifəsini əvvəllər Renault, Honda, Super Aguri, Toyota, Caterham və Manor-da çalışmış təcrübəli mütəxəssis Tim Miln tutub.

Deyilənlərə görə, şirkət tədarükçülərlə artıq danışıqlar aparır. Onlar Haas komandasının modelindən istifadə etmək fikrindədirlər. Lakin 2021-ci ilin texniki reqlamenti hələ təsdiq olunmayıb. Buna görə də, hələ ki, ancaq ümumi məsələlərin həlli üçün çalışmaq mümkündür. Bir çox qaydalar dəyişdirilə bilər və belə olduğu halda, yeni şirkət Haas qədər şanslı olmaya bilər.

FİA hələ ki, yeni komandaların çempionatda iştirak etmək üçün müraciətlərin qəbul oldunğunu elan etməyib, buna görə də federasiya ilə rəsmi danışıqlar aparıla bilməz. Lakin reqlament təsdiqləndikdən sonra müraciət edən komandalar üçün müsabiqə elan ediləcəyi gözlənilir. Onların arasında Panthera Team Asia-nın olub-olmadığını görəcəyik…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 186
Teqlər , ,
Paylaş

logo