18 Noyabr 2018, Bazar - 12:11

Z.Braun: “Alonso kofe içməyə getmişdi”

Z.Braun: “Alonso kofe içməyə getmişdi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:01 - 20 Aprel, 2017

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, əgər onlar Alonsoya rəqabətədavamlı bolid hazırlaya bilsələr, Renault-nun bütün səylərinə baxmayaraq, ispaniyalı sürücü komandada qalacaq.

F-1.az xatırladır ki, şayiələrə əsasən, Alonso 2005-ci və 2006-cı illərdə çempion olduğu Renault komandası ilə transfer danışıqlarına başlayıb.

Zek Braun: “Alonsoya yaxşı bolid versək, onu komandada saxlayacağıq. Alonso bu komandanı doğrudan sevir və onunla işləmək əladır. Hazırda bolidlə bağlı məyusluq yaşasa da, əsl komanda oyunçusudur. Bizə motivasiya verir və biz də ona motivasiya vermək üçün əlimizdən gələni edirik. Güclü bolid onun komandada qalmasını təmin edəcək.

Alonsonun Renault ilə danışıqlar aparmasına təəccüblənmədim. Bolidində boş yer olan hər komanda Alonso ilə danışmaq istəyər. Amma əlinizdəki hər şeyi bu danışıqlarda ortaya qoya bilməzsiniz. Bu məsuliyyətsizlik olar.

İnanıram ki, Alonso sözünə sadiq qalacaq. Biz də sözümüzə sadiq qalacağıq. Alonso bəzi dostları ilə kofe də içə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 593
Teqlər , , ,
Paylaş

logo