16 Dekabr 2017, Şənbə - 22:35

Yaponiya-2017: İkinci sərbəst yürüşlər

Yaponiya-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:42 - 06 Oktyabr, 2017

Nahar fasiləsi zamanı yağış dayanmayıb və ikinci sessiyaya komandalar Suzukada axan çaylarda kağız gəmilər üzdürməklə başlayıblar. Təhlükəsizlik Maşını ilə trasda bir dövrə vuran Bernd Maylander də təsdiq edib ki, bu şəraitdə məşq etmək mümkün deyil.

F-1.az bildirir ki, start bir neçə dəfə təxirə salındıqdan sonra yağışın zəifləməsi yerli vaxtla saat 14:45-də sessiyaya başlamağa imkan verib – pit-leynin sonunda yaşıl işıq yanıb. Güclü yağış təkərlərilə trasa ilk olaraq Kim Rəykkönen çıxıb. Amam sürücülər trasa çıxmağa tələsməyib – trasa çıxan 14 sürücüdən yalnız beş nəfəri tam dövrə vuraraq, nəticə göstərə bilib. Trasda su çox olduğu üçün sazlanmaların axtarışında söhbət belə getməyib. Növbəti iki gündə trasın quru olacağı əvvəlcədən bəlli olduğu üçün komandalar trasda aktiv işləməyiblər.

Sona 20 dəqiqə qalmış Stroll birinci döngədə trasdan çıxıb – kanadalı zədəsiz boksa qayıda bilib. Sessiyanın sonunda isə güclənən yağış bugünkü işləri vaxtından əvvəl yekunlaşdırmağa səbəb olub. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:48.719…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:48.7194
231Esteban OkonForce İndia1:49.518+ 0:00.7993
311Serxio PeresForce İndia1:51.345+ 0:02.6263
419Felipe MassaWilliams1:52.146+ 0:03.4273
518Ləns StrollWilliams1:52.343+ 0:03.6244
67Kimi RəykkönenFerrari1
727Niko HülkenberqRenault1
830Colion PalmerRenault1
99Markus ErikssonSauber3
105Sebastyan FettelFerrari1
1114Fernando AlonsoMcLaren2
1294Paskal VerlyaynSauber2
1355Karlos SaynsToro Rosso1
142Stoffel VandornMcLaren1
153Daniel RikkardoRed Bull0
168Roman QrojanHaas0
1710Pyer QasliToro Rosso0
1820Kevin MaqnussenHaas0
1933Maks FerstappenRed Bull0
2077Vlatteri BottasMercedes AMg0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 477
Teqlər , , , , , ,
Paylaş

logo