19 Noyabr 2017, Bazar - 01:27

Y.Ferstappen: “Red Bull böyüklüyünü göstərdi”

Y.Ferstappen: “Red Bull böyüklüyünü göstərdi”

Müəllif: Rauf Hacıyev, redaktor

15:14 - 08 Noyabr, 2017

Maks Ferstappenin atası Yos Ferstappen il ərzində böyük addımlar atan Red Bull-a təriflər yağdırıb.

F-1.az xatırladır ki, Red Bull son illərdə olduğu kimi 2017-ci il mövsümünü də pis başlamış, amma ikinci yarıda inkişaf edərək, iki qələbə qazanmışdı.

Yos Ferstappen: “Red Bull rəqabətədavamlı olmaq üçün dünyaları dəyişmək məcburiyyətində qaldı və bunu uğurla etdi. Bolidin əvvəlki vəziyyəti ilə müqayisə etsək, hazırkı vəziyyəti yüksək səviyyəli bir komandanın nəyə qadir olduğunu göstərdi. Bütün dəyişikliklər Maksın sürüş tərzi üçün əlverişli idi. Bunu cədvəldə də görə bilərsiniz.

Braziliyada yağışa ümid edirik. Maks keçənilki performansını göstərə bilər. Mercedes və Ferrari-nin daha güclü olacağını düşünürəm, amma Red Bull da onlara yaxın olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 515
Teqlər , , ,
Paylaş

logo