16 Dekabr 2018, Bazar - 10:39

Y.Ferstappen: “Oğlum haqlıdır”

Y.Ferstappen: “Oğlum haqlıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

09:54 - 22 Mart, 2016

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, oğlunun aqressiv və döyüşçü ruhlu olması onun ən böyük xüsusiyyətidir…

F-1.az xatırladır ki, Maks Ferstappen komanda yoldaşı Karlos Saynsın arxasında ilişəndən sonra radiodan komandasını təhqir edib və yarışdan sonra isə komandasına qarşı danışmağa başlayıb.

Hollandiyalı sürücünün atası Yos Ferstappen oğlunu dəstəkləyib və bildirib ki, bəzi aqressiv sürücülər idmana rəng qatırlar: “Qətiliklə deyə bilərəm ki, Ferstappen hər şeyə amin deyən pilotlardan deyil. O, həmişə qabağa getmək və qalib gəlmək istəyir. Bu onun genində var.

Mən əminəm ki, yarışdakı nəticəyə görə Sayns da məyusdur və hər iki sürücü bu insidentdən çox dərs aldı.

İki sürücü arasında gərginliyin ilk yarışdan yaranması daha yaxşıdır. Çünki onlar bu vəziyyətdən dərs çıxarıb, daha düzgün addımlar ata bilərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 414
Teqlər , , ,
Paylaş

logo