Y.Ferstappen: “Maks çox inkişaf edib”

Maks Ferstappenin atası Yos bildirib ki, bazar günü baş verən insidentdə Fetteli günahkar sayır.

F-1.az xatırladır ki, almaniyalı sürücü gənc rəqibinə “Qaşı”q döngəsində hücum edib və maşınlar arasında təmas yaşanıb. Bunun nəticəsində Fettel 16-cı pilləyə geriləyib. Ferstappen isə yoluna davam edərək yarışı podiumda bitirib.

Yos Ferstappen: “Məncə, 200-lə girməli olduğunuz döngəyə 280-lə girsəniz, əylənmək üçün çox vaxtınız olmaz. Hücum etmək üçün doğru yer deyildi. Fettel istəyir ki, hamı önündən çəkilsin, çünki buna öyrəşib. Ferrari mühərriyi işlədən sürücülərin problemi budur. Yarışda bunu görə bilirsiniz. Sebastyan bilir ki, Maksı keçmək çətindir. O, hücumda da pozitiv davrandı.

Maks il ərzində inkişaf edib. Monakodan sonra düzgün qərarlar verdi. İndi yarışlarda düşünərək hərəkət edir. Mən ondan həmişə bunu istəmişəm. Hər şeyi müzakirə edirik və o da dinləyir. Çünki söz verib ki, həmişə mənə qulaq asacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*