Xeres, 13 fevral

Sebastyen Burde Xeres testlərinin son günü protokollara başçılıq edib. Keçənilki maşının keçid versiyası ilə işləyən fransalı sürücü günün ən böyük […]

Sebastyen Burde Xeres testlərinin son günü protokollara başçılıq edib. Keçənilki maşının keçid versiyası ilə işləyən fransalı sürücü günün ən böyük məsafəsini qət edib – 117 dövrə. Sürücü yarışı imitasiya edib, komanda isə bu zaman Bridgestone sliklərinin üç müxtəlif tərkiblərini yoxlayıb. Kiçik mexaniki problemlər üzündən testləri rəqiblərinə nisbətən bir saat tez başa vurmalarına baxamayaraq, komanda nəzərdə tutduğu proqramı tam yerinə yetirib. Bu testlər STR3 üçün sonuncu olub – maşın keçən ilin Monako yarışında debüt etmiş və Monsada qalib gəlmişdi, gələn testlərə komanda artıq yeni STR4-lə çıxacaq.

Yeni maşınlarla işləyən sürücülər arasında Lyuis Həmilton birinci olub. McLaren bu testlərdə hər iki sürücüsünün maşının balansı və sazlanması ilə işləməsinə xüsusi diqqət ayırıb, düzdür, mühəndislər hələlik yalnız keçənilki arxa antiqanadlardan istifadə ediblər – asfalta yatma qüvvəsinin tələb olunan səviyyəsinə uyğun gələn qanad hələ hazır deyil. McLaren növbəti dəfə testlərdə mart ayında yenə də Xeresdə görünəcək.

Fernando Alonso böyük məsafə qət edərək yeni Renault R29-un sükanı arxasında üçüncü nəticə göstərə bilib…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. S.Burde Toro Rosso Ferrari 1:17.472 117
2. L.Həmilton McLaren Mercedes + 0:02.160 94
3. F.Alonso Renault Renault + 0:02.374 109
4. N.Rosberq Williams Toyota + 0:03.745 71
5. M.Uebber Red Bull Renault + 0:03.841 62

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*