Bu gün Williams komandası yeni maşının texniki təqdimatını keçirib. FW33 artıq test traslarında debüt edib, amma maşın neytral rənglərə boyanmışdı – komanda potensial tərəfdaşlarla danışıqları davam etdirirdi.
Keçən ilin sonunda komandanı bir çox sponsorlar tərk ediblər – vaxtı qurtarmış müqavilələri uzatmayıblar. Bu gün hamı sürpriz gözləsə də, FW33-ün üzərində yalnız Pastor Maldonadonun çıxışını maliyyələşdirən Petroleos de Venezuela (PDVSA) neft şirkətinin loqotipləri peyda olub – bu müqavilə hələ keçən ilin sonunda təsdiq olunmuşdu. Maşının üzərində bir çox reklam yerləri boş qalıb.
Williams komandasının texniki direktoru FW33-ü toplaşmış jurnalistlərə göstərib, təqdimat mərasimi komandanın rəsmi saytında canlı yayımlanıb…