25 Sentyabr 2017, Bazar ertəsi - 14:00

V.Veber: “Şumaheri tənqid etməyin yeri yoxdur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:35 - 08 Aprel, 2009

Mixael Şumaherin meneceri Villi Veber yeddiqat dünya çempionun ünvanına söylənmiş tənqidlərə kəskin cavab verib. İtaliya və Almaniyanın qəzetlərində Şumaherin ünvanına […]

Mixael Şumaherin meneceri Villi Veber yeddiqat dünya çempionun ünvanına söylənmiş tənqidlərə kəskin cavab verib. İtaliya və Almaniyanın qəzetlərində Şumaherin ünvanına müxtəlif yazılar dərc edilib, guya Malayziyada Ferrari-nin məsləhətçisi vəzifəsini icra edən Mixael ilk pit-stopda Kimi Rəykkönenin maşınına yağış təkərlərini qoymağı təklif edib, məlum olduğu kimi həmin an tras tam quru olub və sonrakı hadisələr də göstərib ki, bu qərar ciddi səhv olub. Amma Veber əmin edir ki, Şumaherin bu qərara heç bir dəxli yoxdur…

Villi Veber: “Şumaherin ünvanına tənqidlərin heç yeri yoxdur. Onun Ferrari ilə müqaviləsi ilin sonunda başa çatır və mən bilmirəm ki, müqavilə uzadılacaqmı. Mixael Sepanqa təsadüfən getmişdi, yarış boyu bütün qərarları isə komanda özü qəbul edir. İstənilən halda müqavilə uzadılmasa belə, bu Malayziya yarışının yekunları ilə bağlı olmayacaq. Mixael komandaya nəsə məsləhətlər verə bilər, amma o komandanın lideri və ya Ferrari-nin başçısı deyil.”

Komandanın başçısı Stefano Domenikali Şumaherin bu qərarda rolu barədə danışmaqdan imtina edib, o bildirib ki, bu mövzu komanda daxilində müzakirə olunacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 58
Teqlər
Paylaş

logo