Valideynləri kiçik Hornerin ilk şəklini paylaşıblar

F-1.az xatırladır ki, yanvarın 21-də məşhur Spice Girls kollektivinin keçmiş üzvü Ceri Holliuell və Red Bull komandasının başçısı Kristian Horner oğullarının dünyaya gəlməsi barədə xəbər yaymışdılar.

Cütlük ona Montaqyu Corc Hektor Horner adını verib. Mövsüməncəsi gərgin hazırlıqlara baxmayaraq, Kristian ailəsi ilə vaxt keçirməyə imkan tapır. Şənbə günü Ceri şəxsi Twitter hesabında oğlunun şəklini paylaşıb və yazıb: “Bu gün Montinin iki həftəsi tamam oldu”.

Şəkil qısa zamanda 20 mindən çox adam tərəfindən bəyənilib və yüzlərlə şərh yazılıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*