14 Dekabr 2018, Cümə - 14:05

V.Petrov: “Tətil Kvyata yaxşı təsir edəcək”

V.Petrov: “Tətil Kvyata yaxşı təsir edəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

21:30 - 19 Avqust, 2016

Sabiq Formula1 sürücüsü Vitaliy Petrov düşünür ki, onun yerlisi Daniil Kvyat yay tətilindən sonra əvvəlki gücünü bərpa edəcək…

F-1.az xatırladır ki, Daniil Kvyat Çin və Rusiya yarışlarında Fettel ilə yaşadığı insidentlərdən sonra Red Bull komandasından Toro Rosso-ya göndərilmişdi. Rusiyalı sürücü hazırda komanda yoldaşı Karlos Saynsa böyük fərqlə uduzur. Amma Petrov düşünür ki, yay tətili Kvyata yaxşı təsir edəcək: “Formula1-də həmişə söz-söhbətlər olub. Bunlar çox vaxt doğru olmur. Əsas odur ki, Daniil bunlardan psixoloji təsir almasın. Artıq hər şey onun əlindədir. Bu tətil dincəlib, ən yaxşı performansını göstərə bilər. Tətilin hesabına daha güclü çıxış edə bilər. Mövsümün ikinci hissəsi onun üçün çox vacib olacaq və buna görə də onun daha güclü olacağını düşünürəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 250
Teqlər , , ,
Paylaş

logo