13 Dekabr 2017, Çərşənbə - 15:20

V.Malya: “Komandamın rəhbəri olmaqda davam edəcəm”

V.Malya: “Komandamın rəhbəri olmaqda davam edəcəm”

Müəllif: Elçin Zodorov, redaktor

07:35 - 01 Mart, 2016

Force İndia bir neçə gün əvvəl Smirnoff-un sahibi Diageo şirkəti ilə müqavilə bağladıqdan sonra komandanın başçısı Vicey Malya United Spirits şirkətindəki vəzifəsindən ayrılmışdı.

F-1.az xəbər verir ki, onun komandadan da ayrılacağı gözlənilirdi. Lakin 60 yaşlı iş adamı bu şayiələrə son qoyub: “Komandada heç nə dəyişməyəcək. Mən öz vəzifəmin icrasına davam edəcəm. Bizim Diageo ilə razılaşmamızda mənim istefam nəzərdə tutulmayıb. Hər kəsin niyə bu barədə danışdığını başa düşmürəm. United Spirits-dən ayrılmağımın Formula1 ilə əlaqəsi yoxdur”.

Qeyd edək ki, Vicey komandanın səhmlərinin 42,5%-nin sahibidir. Sahara şirkəti də 42,5%-ə sahibdir və onlar əllərindəki hissələri satmaq istəyirlər. Qalan 15%-lik hissə isə Mol ailəsinin əlindədir…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 174
Teqlər , , , , ,
Paylaş

logo