20 Oktyabr 2017, Cümə - 05:32

V.Bottas: “Qələbə mümkündür”

V.Bottas: “Qələbə mümkündür”

Müəllif: Rauf Hacıyev, redaktor

18:46 - 29 Aprel, 2017

Sıralanma turunda növbəti dəfə təcrübəli Həmiltonu qabaqlayan Valtteri Bottas bildirib ki, startda yer qazanmaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Rusiyada sıralanma turunda Fetteldən 0.095 saniyə geri qalaraq 3-cü olub.

Valtteri Bottas: “Bugünkü nəticələrdən də göründüyü kimi Ferrari çox sürətlidir. Son sessiyada onlara yaxınlaşsaq da, geridə qoymaq üçün bəs eləmədi. Onsuz da Ferrari komandasının sürücüləri cümə günündən etibarən sürətli idilər. Xüsusən də, UltraSoft təkərlərdə templəri yaxşı idi. Bu gün yenə sübut etdilər. Komandanın işindən razıyam. İkinci cərgədən başlayıb yarışı qazanmaq mümkündür. Biz də ən yaxşı nəticəni almağa çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 156
Teqlər , , ,
Paylaş

logo