V.Bottas: “Mercedes-də çempion ola bilərəm”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, növbəti mövsüm də komandada qalacağı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, finalndiyalı sürücü bu il İspaniya yarışı istisna olmaqla bütün yarışlardan xalla ayrılıb və 9 dəfə podiuma yüksəlib. 28 yaşlı sürücü üçqat Dünya çempionu olan komanda yoldaşından 41 xal geridə qalır.

Valtteri Bottas: “Bu mənimçün yaxşı xəbərdir. Növbəti mövsümdə də Mercedes-də işləməyə davam edəcəyim üçün xoşbəxtəm. Bu il burada yarışmaq gözəl idi. Amma hələ də gözəl xatirələrim yoxdur. Müqaviləni uzatdığım gün ən gözəl gün idi, amma gələcəkdə daha xoşbəxt olacağım günlər gələcək. Komanda ilə ilk poulumu və qələbəmi qısa müddət ərzində aldım və bu onların qərarına təsir etdi. Lyuislə bir yerdə yaxşı işlər görürük və özümüzü yaxşı hiss edirik. Formula1-də müqavilə bağlamamısınızsa, heç nə təmin olunmayıb. Amma qısa müddət əvvəl yeni müqavilə imzalanacağını anlamışdım. Çempion komanda ilə daha bir il keçirəcəyim üçün xoşbəxtəm. Yeni qələbələr qazanmaq istəyirəm. Mövsüm hələ bitməyib və daha çox yarış qazanmağa çalışacağam. Formula1-dəki yeganə məqsədim çempion olmaqdır və bu Mercedes komandası ilə mümkündür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*