19 Noyabr 2018, Bazar ertəsi - 01:02

V.Bottas cərimələnib

V.Bottas cərimələnib

Müəllif: Rauf Hacıyev, redaktor

20:41 - 26 Avqust, 2018

Mercedes komandasının sürücüsü Valtteri Bottas bugünkü Belçika yarışının startında arxadan Sirotkinə çırpıldığı üçün nəticəsinə 5 saniyə əlavə edilib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü La Source döngəsinə girərkən Sirotkinə arxadan çırpılıb və buna görə də ön qanadını zədələyib.

Lakin Bottas təhlükəsizlik avtomobilinin trasa girməsindən maksimum istifadə edərək pitə gəlib və ön qanadını dəyişib. 29 yaşlı sürücü yarış ərzində mükəmməl performans göstərərək, finiş xəttini 4-cü yerdə bitirə bilib.

Yarışdan sonra insidenti araşdıran stüardlar Bottasın nəticəsinə 5 saniyə, lisenziyasına isə 2 cəza balı əlavə ediblər. Lakin finlandiyalı sürücü rəqibi Peresdən 11 saniyə öndə olduğu üçün 4-cü yerini itirməyib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər , , ,
Paylaş

logo