Üç namizəd Williams-ın bazasına baş çəkib

Braziliyanın Globo Esporte qəzeti Bruno Sennanın Williams komandasının Qrouvdakı bazasına səfərindən yazıb – sürücü fiziki forma testlərindən keçib. Qrouva daha […]

Braziliyanın Globo Esporte qəzeti Bruno Sennanın Williams komandasının Qrouvdakı bazasına səfərindən yazıb – sürücü fiziki forma testlərindən keçib. Qrouva daha iki namizəd baş çəkib – Auto Motor und Sport-un məlumatına görə 5 milyon dollar sponsor dəstəyi toplamış Rubens Barrikello və Medion şirkətinin 15 milyon dollarla dəstələdiyi Adrian Sutil. Hər bir səfər şəxsi xarakter daşıyıb və müxtəlif vaxtlara təsadüf edib.

Komanda ikinci sürücüsünün adını açıqlamağa tələsmir, Britaniya mətbuatı isə zarafatla bildirib ki, hər gün müqavilənin dəyərini 100 min dollar qaldırır, amma çox güman ki, məsələ yalnız pulda deyil. Əgər Williams Qətərin Milli Bankı ilə sponsor müqaviləsi bağlaya bilsə, onda sürücünün maliyyə dəstəyi elə də böyük əhəmiyyət kəsb etməyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*