Turistlər Formula1 yarışları keçirilən ölkələrə daha çox gedirlər

Britaniyanın Formula Money jurnalı çox maraqlı araşdırma aparıb – araşdırmanın məqsədi Formula 1 yarışının təşkili ilə həmin yarışın keçirildiyi ölkəyə […]

Britaniyanın Formula Money jurnalı çox maraqlı araşdırma aparıb – araşdırmanın məqsədi Formula 1 yarışının təşkili ilə həmin yarışın keçirildiyi ölkəyə turist axınının artımı arasında asılığı müəyyən etmək olub. Jurnalistlər BMT-nin 2010-cu ilin sonunda bu və ya digər ölkəyə səfər etmiş turistlərin sayı barədə məlumatlara əsaslanıblar.

Formula1 mərhələsinin keçirilməsindən ən böyük səmərəni Malayziya əldə edib. 1999-cu ildə Sepanqda keçirilin ilk yarış ilində ölkəyə 5.6 milyon turist səfər edib, 2010-cu ildə turistlərin sayı 24.6 milyona çatıb. Beləliklə, tursit artımı 342.8% təşkil edib. Reytinqdə ikinci yeri Çin tutub – ilk yarışın baş tutduğu 2004-cü illə müqayisədə 2010-cu ildə tursitlərin sayı 22.7 milyon nəfər artıb. Hətta artıq təqvimdə olmayan Türkiyə də yarışdan səmərə qazanıb – 2005-ci illə müqayisədə 2010-cu ildə turist axını 60.5% artıb. Debüt yarışında sonra Abu Dabiyə tursit axını 4.8%, Koreyaya isə 12.5% çoxalıb.

Əlbəttə, Formula1 yarışlarını keçirmək istəmənin başqa səbəbləri də var. Formula Money-nin bildirdiyinə görə, 2011-ci ildə çempionatın mərhələlərini 3.4 milyon tamaçaşı izləyib, amma ən çox artım Sinqapur, Şanxay, Kuala Lumpur və Abu Dabidə qeydə alınıb, çünki mətbuat və Tv məhz bu yarışalrı daha geniş işıqlandırıb. Çempionatın qlobal televiziya auditoriyası 515 milyon nəfər təşkil edir – avtodromların tikilməsi lehinə daha bir arqument.

2010-cu ildə Formula1 yarışalrını yeni qəbul edən ölkələrə 137.2 milyon turist baş çəkib. Müqayisə üçün qeyd edək ki, Formula1 yarışlarından əvvəl bu ölkələrə tursit axını 81.2 milyon nəfər olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*