19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:48

Toyota – reallaşmamış ümidlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:28 - 20 Aprel, 2009

УŞanxay uik-endi Toyota üçün uğursuz alınıb. Timo Qlok şənbə sərbəst yürüşlərindən sonra ötürmələr qutusunun əvəzlənməsinə görə yarışa 19-cu yerdən başlamalı […]

УŞanxay uik-endi Toyota üçün uğursuz alınıb. Timo Qlok şənbə sərbəst yürüşlərindən sonra ötürmələr qutusunun əvəzlənməsinə görə yarışa 19-cu yerdən başlamalı olub, amma alman sürücü yarışı yaxşı keçirib və finişdə yeddinci olub. Bu Timonun ilk səkkizlikdə ardıcıl beşinci finişidir. Onun komanda yoldaşı Yarno Trulli isə yarışa altıncı yerdən başlasa da Robert Kubitsadan aldığı zərbədən sonra yarışı dayandırmalı olub…

Timo Qlok: “Yarış çətin alındı, xüsusən də start – mən pit-leyndən start düzlüyünə çıxanda görüntü sıfra bərabər idi, hücuma atıldım və Nik Haydfeldlə toqquşdum. Pit-stopa girməli oldum, taktikanı dəyişdim, sonra yaxşı dövrələr göstərdim, ötmələr etdim və Rəykkönenə dirəndim. Hücum etmək olduqca çətin idi, ötməyə imkan verən yerlədə gölməçələr yaranmışdı, nəticədə onu keçə bildim və finişdə yeddinci oldum.”

Yarno Trulli: “Yaxşı gün olmadı. Şəarit ağır idi, maşın trası tutmurdu, Təhlükəsizlik Maşını trası tərk edəndən sonra mən yaxşı temp tutmuşdum. Sonra birdən nəsə dəyişdi, trasla ilişmə yoxa çıxdı və mən hamını buraxmağa başladım.

On yeddinci dövrədə arxadan zərbə aldım, boksa çata bildim, məlum oldu ki, yarışı davam etdirə bilməyəcəm. Maşın kifayət qədər sürətlidir, liderlərlə mübarizə aparmaq imkanı var, ümid edirəm ki, Bəhreyndə bizim bəxtimiz daha çox gətirəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 59
Teqlər
Paylaş

logo