23 Noyabr 2017, Cümə axşamı - 11:40

Toro Rosso komandası çarpma testlərinə hazırdır

Toro Rosso komandası çarpma testlərinə hazırdır

Müəllif: Rauf Hacıyev, redaktor

08:21 - 02 Fevral, 2016

Etibarlı mənbələrdən gələn xəbərlərə əsasən, Toro Rosso komandası 2016-cı il mövsümündə yarışacağı bolidin şassisini bu həftənin sonuna hazır edəcək…

F-1.az xatırladır ki, Red Bull komandası keçən mövsüm mühərriklə bağlı problem yaşamışdı və bunun nəticəsində həm Avstriya təmsilçisinin, həm də Toro Rosso komandasının yeni mövsümlə bağlı proqramları gecikmişdi.

Yeni mövsümdə Red Bull komandası TAG Heuer brendli Renault mühərriklərindən istifadə edəcək. Toro Rosso isə 2015-ci ilin Ferrari mühərrikləri ilə yarışacaq.

Toro Rosso yeni mövsümdə mühərrik təchizatçısını dəyişdirdiyi üçün 2016-cı il bolidinin gecikəcəyi ilə bağlı söz-söhbətlər gəzirdi. Amma Toro Rosso-nun başçısı Frans Tost komandaya 100 müvəqqəti işçi götürüb və bütün komandanı 3 növbəli rejimdə işlədərək, yeni şassinin hazırlanmasını sürətləndirib.

Tost bu barədə fikirlərini bildirib: “Bir az da vaxtımızın olmasını istəyərdim, amma təcrübəli işçilərimiz qalan vaxtı səmərəli istifadə edəcək.

Bundan başqa bu il testlər 2015-ci ilə nisbətən gec başlayacaq. Ona görə də hazırda nikbinəm”.

Frants Tost eyni zamanda bildirib ki, Ferrari ilə müqavilə bağladıqları üçün xoşbəxtdirlər. O əlavə edib ki, Renault keçən mövsüm çox zəif olub və Toro Rosso-ya çox zərər verib: “Renault-nun zəif mühərriki ilə biz qızıl dəyərində xallar itirdik”.

Qeyd edək ki, Toro Rosso-ya yaxın olan mənbələr bildirib ki, STR11 yaxın günlərdə FİA-nın çırpma testlərindən keçəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər , , , , , ,
Paylaş

logo