19 Noyabr 2017, Bazar - 14:32

Texniki retro: əsrin əvvəli təhlükəsizlik uğrunda mübarizədə

Texniki retro: əsrin əvvəli təhlükəsizlik uğrunda mübarizədə

Müəllif: Afgan Haji, redaktor

15:02 - 01 Mart, 2017

Yeni yüzilliyin gəlişi ilə FIA və onun o vaxtkı prezidenti Maks Mosli komandaların çempionatda iştirak üçün məsrəflərinin azaldılması üsullarını axtarmağa başladılar. İlk növbədə mühərriklərin eyniləşdirilməsinə başlandı: indən belə bütün maşınlarda yalnız üç litrlik V10 quraşdırıla bilərdi.

Dartma qüvvəsinə nəzarətin elektron sisteminin (trəkşn kontrol) istifadəsinə nəzarət etməkdə qabiliyyətsizliyini boynuna alaraq federasiya bunların 2001-ci ildən bəri istifadəsinə icazə verdi, yolüstü konstruksiyalarda beril xəlitələrinin tətbiqinə qadağa qoydu, eləcə də arxa qanadı üç elementlə məhdudlaşdırdı. Bundan başqa, təhlükəsizlik kapsulları və kokpitin oyuğu daha böyük oldu.

Ciddi məhdudiyyətlər 2003-cü ildən hüduda qədər limitləşdirilmiş testlərə də toxundu. Eyni zamanda HANS sistemi pilotların istifadəsi üçün məcburi oldu.

 

2004-cü il mövsümündən başlayaraq maşınların qovşaqlarının resursunun yuksəlməsinə istiqamətlənmiş dəyişikliklər işə salındı. Başlanğıc üçün qaydalarda belə bir maddə meydana gəldi ki, həmin bəndə uyğun olaraq mühərrik əvəzetməsi olmadan tam uik-endi işləyib bitirməlidirlər.

İdarəedici elektronikanın qadağasına olan yeni cəhdlər uğurla nəticələnmədi – komandalar əks halda daha artıq xərc çəkməyə məcbur olacaqları ilə bağlı kifayət qədər mübahisəli dəlillər gətirərək ona qarşı duruş gətirə bildilər.

 

Növbəti dəyişikliklər kuzov panellərinə aid oldu. O cümlədən, onlar mühərrik kapotunun minimal cizgilərini müəyyənləşdirdilər ki, komandalar bütün qüvvələri ilə onları kiçiltməyə can atmasınlar.

Arxa qanada iki element saxladılar, irəli çıxarılmış daha birini götürdülər. Həmçinin, məhdudiyyətlər yan plastinlərin ölçülərinə də aid oldu.

2004-cü il mövsümündə bu idmanın tarixində ən görkəmlilərdən hesab edilən Ferrari F2004 maşını işıq üzü gördü. Mixael Şumaxerin sayəsində komanda beş dəfə dalbadal hər iki titulu əldə etdi.

O vaxtlar Ferrarinin sükanı arxasında olan Ross Braun özünün xatirələr kitabında Maranelloda eyniləşdirilmiş çalışma strukturunun yaradılması üzrə iş haqqında danışdı. F2004 bu cəhdlərin kulminasiya nəticəsi oldu. Maşın elə yaradılmışdı ki, onun istənilən komponenti digərləri ilə ahəngdarlıqda işləsin.

V10 mühərriyi qeyri-adi dərəcədə güclü və etibarlı alındı, təkər istehsalçılarının müharibəsində isə Bridgestone da Ferrari üçün əlavə manşırlara çevrildi.

Lakin 2005-ci ildən məhdudiyyətlər nəzərəçarpacaq dərəcədə gücləndirildi: ilk növbədə onlar aerodinamikaya aid oldu. Bundan başqa, mühərrik indi iki Qran Pridə çalışmalıdır, təkərlərin dəyişdirilməsi üçün pit-stoplar isə qadağan edildi.

Ötən onilliyin başlıca yeniliklərindən biri kimi kütlə dempferini hesab etmək olar – bu ideyanı əvvəlcə Renault-da tətbiq etdilər, sonra isə digər komandalar da bundan yararlandılar.

 

Dürüst texniki təşəbbüsün sayəsində fransızlar xeyli üstünlük əldə etdilər və 2005-ci ildə onlar ən güclü olaraq, sistemi fəal surətdə inkişaf etdirməkdə davam etdilər.

Özü-özlüyündə ideyanı çox sadə adlandırmaq mümkündür: maşının ön hissəsində (sonra isə həm də arxa hissədə) asılmış ağır yük meydana gələn yüklənmələrə qarşı çıxaraq şassini daha sabit elədi və təkərlərin işini yaxşılaşdırdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Matt Somerfield, Giorgio Piola,
Baxış Sayı 2. 362
Teqlər , , , ,
Paylaş

logo