Mövsümün ilk yarışı Bəhreyn Qran Prisinin Almaniyanın RTL telekanalında yayımının auditoriyası tarixi rekord vurmuşdu – analitiklər bunu gözlənilməz reytinqi “Şumaher faktoru” ilə izah ediblər, amma Avstraliya Qran Prisinin yayımız zamanı auditoriya əvvəlki səviyyəyə enib.
Ekspertlər hesab edirlər ki, nə qədər Mercedes GP komandası maşını təkmilləşdirəcək və yeddiqat dünya çempionu yeni komanda və yeni reqlamentə öyrəşəcək, auditoriya keçənilki səviyyədə stabilləşəcək.
Dünən Melburn yarışını 4.42 milyon alman tamaşaçı izləyib, bu rəqəm yarışın son dövrələrində maksimum həddə çatıb. Keçən il Avstraliya Qran Prisinə 4.35 alman azarkeş baxmışdı…