23 İyul 2018, Bazar ertəsi - 05:38

T.Volff: “Təkərlər arasında fərq azdır”

T.Volff: “Təkərlər arasında fərq azdır”

Müəllif: Rauf Hacıyev, redaktor

16:12 - 17 Mart, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, HyperSoft təkərlər sıralanma turu üçün olduğuna görə testlərdə istifadə etməyiblər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümöncəsi qış testlərində əsasən Medium təkərlərlə işləmişdilər.

Toto Volff: “HyperSoft təkərlərdən istifadə etmədik, çünki onların ömrü bir dövrədir. Testlərdə isə məlumat toplamaq və sazlanmaları yoxlamaq lazımdır. HyperSoft təkərlər UltraSoft-un daha yaxşı asfaltla ilişənidir. Sıralanma turu üçündür və biz də inkişafa fokuslanmağı seçdik. Onu ilk dövrələrdə istifadə edəcəksiniz və sonra yaşamaq uğrunda mübarizə aparacaqsınız.

Pirelli-nin təkərlər arasındakı verdiyi fərqə inanmıram. Tərkiblər arasındakı fərq çox kiçik görünürdü. Bir tərkiblə digəri arasında 0.1-0.2 saniyə fərq var idi. Bəzən isə heç yox idi. Williams kimi komandalarda fərq hiss olunmadı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 116
Teqlər ,
Paylaş

logo