22 Oktyabr 2017, Bazar - 01:26

T.Volff: “Mətbuatda yazılanlar doğru deyil”

T.Volff: “Mətbuatda yazılanlar doğru deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

08:16 - 19 May, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, İspaniyadakı yeniliklərdən sonra bolid 5 kq yüngülləşməyib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Barselonaya önəmli yeniliklərlə gəlmiş və Lyuis Həmiltonla yarışı qazanmışdı.

Toto Volff: “Barselonaya aerodinamik cəhətdən vacib yeniliklərlə gəldik. Bunun hesabına bolidi yüngülləşdirərək, daha yaxşı nəticə almaq istəyirdik. Amma azalan ağırlıq 5 kiloqram deyil. Formula1-də bu cür yeniliklər etmək asan deyil. Bizim hədəfimiz kiloqram olaraq yox, qram olaraq bolidin çəkisini azaltmaqdır. Bu daha realdır. Buna görə də çıxan xəbərlərə görə təəccübləndim. Heyif ki, bunlar doğru deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 923
Teqlər , , ,
Paylaş

logo