19 Noyabr 2017, Bazar - 08:45

T.Volff: “Manor orta yerlərdən birini tutacaq”

T.Volff: “Manor orta yerlərdən birini tutacaq”

Müəllif: Elçin Zodorov, redaktor

10:42 - 15 Fevral, 2016

Paskal Verlyaynla müqavilə bağlayan Manor Racing komandasına Nikolas Tombasis və Pət Fray da qoşulublar.

F-1.az xatırladır ki, qarşıdakı mövsüm Mercedes-in mühərriklərindən və aerodinamik borusundan istifadə edəcək komanda eyni zamanda Williams-dan da texniki dəstək alacaq.

Toto Volff: “Manor irəliyə doğru böyük bir addım atacaq. Təkcə güclü mühərrikə yox, həm də komandaya yenicə qoşulmuş güclü insanlardan ibarət kollektivə sahibdirlər. İradəli insanlara, yaxşı idarəetməyə və Paskal kimi istedadlı bir sürücüyə sahibdirlər. Onların orta qrupda yer alacaqlarına əminəm…”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 266
Teqlər , , , , ,
Paylaş

logo