14 Dekabr 2018, Cümə - 11:47

T.Volff Liberty-dən ciddi iş gözləyir

T.Volff Liberty-dən ciddi iş gözləyir

Müəllif: Rauf Hacıyev, redaktor

10:18 - 18 Mart, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, bu il Liberty Media-nın əsl gücünü görəcəklər.

F-1.az xatırladır ki, amerikalılar keçən ilin yanvarında idmanı satın almış və bir il ərzində loqotipi dəyişdirmiş, halonu idmanı gətirmiş, start düzümündəki qızları uşaqlarla əvəz etmişdilər.

Toto Volff: “Ümid edirəm ki, Nyu York, San Fransisko, Mayami və ya başqa bir cəlbedici Avropa, Asiya yarışları görərik. İkinci illərində bunu görmək istəyirəm. Ondan sonra Liberty-ni dəyərləndirmək olar.

Berni müqavilə bağlamaqda ustad idi. Bir ölkənin rəhbərlərinə gedib Sinqapur Qran Prisini dedikdən sonra bu reallaşdı. Hazırkı rəhbərlər də bunu etməlidirlər. İndi isə Berni gedib və Liberty yarış təşkilatçıları ilə dil tapmır. Hamı müqavilənin şərtlərini yenidən müzakirə etmək istəyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 157
Teqlər , ,
Paylaş

logo