16 Dekabr 2017, Şənbə - 19:04

T.Volff Həmiltonun yağışdakı çıxışına heyran qalıb

T.Volff Həmiltonun yağışdakı çıxışına heyran qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

08:24 - 12 İyul, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff yağışlı havada güclü performans göstərən Həmiltona təriflər yağdırıb…

F-1.az xatırladır ki, ingiltərəli sürücü pouldan başladığı yarışı rahatlıqla qazanmışdı və Rosberq ilə xal fərqini minimuma endirmişdi. Xüsusən də yağışlı keçən birinci hissədə Rosberq ilə fərqi artıran britaniyalı sürücünün bu performansı Toto Volffu heyran edib: “Nikonun Monakoda yaşqadığı problemlə bu yarışdakı problemi fərqli idi. O təkərləri doğru temperaturda tutmağa çalışırdı. Lyuis özündən əmin şəkildə sürdü. Çox fokuslanmışdı və sakit idi. Belə bir gündə Lyuisi saxlamaq çox çətindir. Bu gün bunu gördük. Niko üçün çətin bir yarış idi. Texniki problemi var idi və buna baxmayaraq, sonda podiuma çıxa bildi”.

Toto Volff Ferrari-nin mübarizəyə qayıdacağını düşünür: “Red Bull bu həftə Maks ilə çox güclü idi. Onlar bizimlə eyni tempdə gedirdilər. Ferrari-nin də mübarizəyə qayıdacağını düşünürəm. Macarıstanda daha güclü olacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 126
Teqlər , , , , , , ,
Paylaş

logo