21 Sentyabr 2017, Cümə axşamı - 12:45

T.Volff Həmiltona təriflər yağdırıb

T.Volff Həmiltona təriflər yağdırıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:09 - 11 İyun, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff Kanadada poul qazanan Həmiltona təriflər yağdırıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 1:11.459 zaman nəticəsi ilə Kanadada 6-cı, karyerasında 65-ci poulunu qazanıb və bu statistikada əfsanəvi Ayrton Sennaya çatıb.

Toto Volff: “Komanda olaraq bu həftəsonu göstərdiyimiz performansdan razıyam. Sıralanma turunun ilk hissəsində təkərlərin performansına fokuslandıq və bunun hesabına birinci olduq. 0.3 saniyə fərqlə poul qazanmaq təsiredicidir. Lyuis karyerasında önəmli pilləni qalxdı və Sennaya çatdı. Bunun Lyuis üçün çox vacib olduğunu bilirəm.

Mövsüm ərzində Ferrari ilə Mercedes-in təkər-təkərə mübarizəsini izlədik. İlk 6 yarışda iki komanda da qələbə uğrunda mübarizə apardı. Ferrari bu həftəsonu da sürətlidir və yarış templərinin yüksək olacağını bilirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , , , ,
Paylaş

logo