22 Aprel 2018, Bazar - 06:52

T.Volff: “Fettel özünə uduzdu”

T.Volff: “Fettel özünə uduzdu”

Müəllif: Rauf Hacıyev, redaktor

17:02 - 23 Dekabr, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Sebastyan Fettel 2017-ci ildə emosyalarına məğlub olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycan və Sinqapur yarışlarında ciddi səhvlər edərək, çempionluq yolunda vacib xallar itirmişdi.

Toto Volff: “Sakit görünür, amma çox emosionaldır. Bunun hesabına keçmişdə çempionluqlar qazandı, bu il isə geriyə düşdü. Lyuis isə şəxsiyyət kimi təkmilləşdi və sürücü kimi gücləndi.

Bakıdakı insidentdən sonra məlumatlara baxdıq, amma Həmiltonun əyləc testi etdiyini görmədik. Amma Sebastyanın emosiyaları və hirsi o an yüksəldi.

Sinqapurdakı insidentin səbəbi təzyiqdən idimi, bilmirəm. Sebastyan 25 xal ala bilərdi və yarışın startında lider olmalı idi. Daxili trayektoriyanı tutmaq istədi və digər bolidləri görmədiyi üçün zəncirvari qəza oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər , , ,
Paylaş

logo