15 Dekabr 2017, Cümə - 23:41

T.Volff: “Çox işləməliyik”

T.Volff: “Çox işləməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

10:17 - 29 Aprel, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff cümə günü Ferrari-dən 0.7 saniyə geri qaldıqdan sonra bildirib ki, görməli olduqları çox iş var.

F-1.az xatırladır ki, Fettel cümə gününü 1-ci, komanda yoldaşı Rəykkönen isə 2-ci yerdə bağlayıb. 3-cü yeri tutan Mercedes komandasının sürücüsü Bottas isə onlardan 0.69 saniyə geridə qalıb.

Toto Volff: “Ferrari həm sıralanma, həm də yarış tempində bizdən güclü idi. Buna görə çox işləməliyik. Son illərdə burada güclü performans göstərmişik, amma, deyəsən, bu il hər şey dəyişəcək. Ferrari çox sürətlidir və bizi rahat buraxmayacaqlar.

Bu il cümə günlərində bir az problemlər yaşadıq, amma daha sonra onları həll edə bildik. Ən vacibi şənbə və bazar günləridir və problemləri həll etmək üçün hələ də vaxtımız var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 971
Teqlər , , , , ,
Paylaş

logo