19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:30

T.Volff Braunun ittihamlarına cavab verib

T.Volff Braunun ittihamlarına cavab verib

Müəllif: Rauf Hacıyev, redaktor

19:24 - 22 Oktyabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff Mercedes komandasının sabiq rəhbəri Ross Braunun sözlərinə cavab verib…

F-1.az xatırladır ki, Ross Braun bir neçə gün əvvəl Toto Volff və Niki Lauda barədə açıqlamalar vermişdi və bildirmişdi ki, onlara güvənmədiyi üçün Mercedes-dən ayrılıb. Bu sözlər Amerikada paddokda ən çox danışılan mövzulardan biri idi.

Toto Volff bu barədə danışıb: “Bəzi şeylər oxudum və Ross ilə əlaqə qurdum. Bəzi sözlər başqa cürə yozulub. Bunu qəbul edirəm. Bir komanda üçün yenidənqurma işləri həmişə çətin olub. Ross gedəndən sonra çempionatda çoxlu uğurlar qazandıq.

Ona bir insan və mühəndis kimi hörmət edirəm. Onunla münasibətimiz dəyişməyib”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər , , , ,
Paylaş

logo