24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:31

T.Volff: “Bir sessiya boşa getdi”

T.Volff: “Bir sessiya boşa getdi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:41 - 26 May, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, ikinci sərbəst yürüşlərdəki problemlərin səbəbi sazlanmalar olub.

F-1.az xatırladır ki, Mercedes komandası Monakodakı birinci sərbəst yürüşlərdə Həmiltonla 1-ci yeri tutsal da, ikinci sərbəst yürüşlərdə lider Fetteldən 1.2 saniyə geri qalaraq 8-ci olmuşdu.

Toto Volff: “Sazlanmalarda səhv etdik və bunun daha yaxşı olacağını düşünürdük. Nəticədə 8-ci və 10-cu olduq və dərs aldıq. Artıq geriyə qayıda bilmərik. İkinci sərbəst yürüşlərdə sazlanmaları əvvəlki kimi etmək istəsək də, vaxt az idi. Bunun üçün bir neçə saata ehtiyac var. Buna görə də yarış tempində getməyə qərar verdik. Sürücülər asfaltla ilişmədən narazı idilər. Bir sessiyanı əldən verdik və şənbə günü çox işləməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 86
Teqlər , , , ,
Paylaş

logo