21 Sentyabr 2017, Cümə axşamı - 05:41

Stüardlar Həmilton-Trulli insidentinə qayıdacaqlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:27 - 02 Aprel, 2009

Melburn yarışının son dövrələrində Yarno Trulli Lyuis Həmiltonu sarı bayraqlar altında keçdiyi üçün yarışın stüardları tərəfindən cərimə olunmuşdu, amma Toyota […]

Melburn yarışının son dövrələrində Yarno Trulli Lyuis Həmiltonu sarı bayraqlar altında keçdiyi üçün yarışın stüardları tərəfindən cərimə olunmuşdu, amma Toyota nəzərdə tutduğu protesti verməkdən vaz keçmişdi, lakin bu gün səhər məlumat yayılıb ki, stüardların qərarına yenidən baxıla bilər. Bu gün nahardan sonra Sepanqda Avstraliya Qran prisinin stüardları bir daha toplaşacaqlar və insident haqqında əldə olunmuş yeni faktları müzakirə edəcəklər.

Maraqlıdır ki, stüardların keçən il qəbul etdikləri qərarlardan narazı qalan azarkeşlərə FİA vəd etmişdi ki, 2009-cu ildə stüardların hər hansı bir qərar qəbul etməsi üçün müzakirələrdə istifadə olunmuş arqumentlər, videofraqmentlər, radiodanışıqlar və s. ictimaiyyət üçün dərc olunacaq. Amma Melburnda qəbul olunmuş üç mübahisəli qərarın – Toyota-nın arxa antiqanadın yumşaqlığına görə sıralanma turundan sonra diskvalifikasiya olunması, Kubitsa-Fettel toqquşmasında gənc alman sürücünün günahkar elan olunması və Trullinin Həmiltonu sarı bayraqlar altında keçməsinə görə cərimə olunması üçün heç bir sübut edici sənədlər dərc olunmamışdı.

Bunun əvəzinə federasiya bu gün Trulli-Həmilton insidentinə qayıtmağı vəd edib və bu dəfə məsələ sürücülərin ifadələrindədir. SpeedTV telekanalına müsahibə verən Lyuis bildirib ki, komanda ondan döngəyə geniş girmiş Trullini geri düşdükdən sonra buraxmağı xahiş edibmiş. Bundan sonra Lyuis sürətini azaldıb, Trulli irəli keçib və onu məhz bu manevr üçün cərimə ediblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 49
Teqlər
Paylaş

logo