16 Dekabr 2018, Bazar - 05:13

Sıralanma turu formatı dəyişməyəcək?

Sıralanma turu formatı dəyişməyəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

07:31 - 23 Mart, 2016

Pirelli Motorsport-un rəhbəri Pol Hembri bildirib ki, onlar yeni sıralanma turu formatını dəstəkləyirlər və komandaların nə istədiyini anlamadan bu dəstəyi geri çəkməyəcəklər…

F-1.az saytı xatırladır ki, Avstraliya QP-də sıralanma turunun üçüncü seansından sonra komandalar yeni formata etiraz etmişdilər və komanda rəhbərləri bazar günü yarışdan əvvəl bir araya gələrək yenidən əvvəlki sıralanma turu formatına qayıtmağı qərara almışdılar.

Amma bu qərar Strateji İşçi Qrupun razılığını almalıdır və ona görə də bu qrupun üzvlərindən biri olan Pirelli-nin də razılığı alınmalıdır.

Pol Hembri bildirib ki, yeni sıralanma turu formatı elə də pis deyil. Sadəcə 3-cü seansda bəzi düzəlişlər edilməlidir: “Biz bütün komandaların şikayətlərinə qulaq asmadıq və bizə gələn məlumatlara görə yeni formatdan razı qalanlar da var.

Məncə, biz 3-cü seansın üzərində işləməliyik. Əgər biz 3-cü seansı əvvəlki kimi eləsək, bütün problemlər həll olunacaq”.

Yeni sıralanma turunun 3-cü seansı heç kəsin xoşuna gəlməsə də, Hembri düşünür ki, yeni formatın müsbət tərəfləri də var: “Məsələn, Mercedes AMG və Ferrari kimi komandalar artıq çətinə düşəndə soft təkərlərdən istifadə etmirlər. Hamı sıralanma dövrələrində aqressiv strategiya seçmişdi.

Bəzi komandalar yarışa soft təkərlərlə başlamaq üçün Q2-də trasa çıxmadı. Əgər ələnmə sistemi olmasaydı, hər şey çox fərqli olardı.

Bundan başqa, hava çox dəyişkən idi. Tras həm quru, həm də yaş idi. Belə hallara az-az rast gəlirik. Ona görə də komandaların belə çıxış etməsi normal idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər ,
Paylaş

logo