19 Noyabr 2017, Bazar - 18:18

S.Fettel: “Bizim yaxşı şansımız var”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:30 - 12 Aprel, 2009

Red Bull Racing komandasının yeni maşını mövsümün startında ən yaxşı maşınlardan biridir, ikili diffuzor istifadə etməyən maşınlardan ən sürətlisidir. Mövsümün […]

Red Bull Racing komandasının yeni maşını mövsümün startında ən yaxşı maşınlardan biridir, ikili diffuzor istifadə etməyən maşınlardan ən sürətlisidir. Mövsümün ilk iki yarışında Sebastyan Fettel hələlik xal toplaya bilməyib – Melburnda yarışın son dövrələrində Robert Kubitsa ilə toqquşması mövsümün ilk yarışında onu podiumdan, Malayziya yarışının startında on yer itimək cəriməsi isə daha bir uğurlu finişdən mərhum edib. Qarşıda Çin yarışı gəlir və Fettel yaxşı nəticəyə ümid edir…

Sebastyan Fettel: “Maşın rəqabətədavamlıdır, bizim yaxşı şansımız var və mən qarşıdakı yarışda maksimum uğur qazanmaq üçün əlimdən gələni edəcəm. Mən həmişə trasa uğur qazanamq ümidi ilə çıxıram, hətta problemlər əmələ gələndə – onlar istənilə halda arxada qalacaq – mən hesab edirəm ki, indiki vaxtla yaşamaq lazımdır.

Komanda məni dəstəkləyir, biz bir istiqamətdə irəliləyirik. Biz bilirik ki, bu il layiqli nəticə əldə edə bilərik və elə Çindəcə buna başlamağa çalışacayıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 72
Teqlər
Paylaş

logo