S.Domenikali: “Hələ heç nə həll olmayıb”

Almaniyada nəşr olunan Sport Bild jurnalına müsahibəsində Ferrari komandasının başçısı Stefano Domenikali çempinatdakı vəziyyətdən danışıb… Stefano Domenikali: “Təəssüf ki, aerodinamik […]

Almaniyada nəşr olunan Sport Bild jurnalına müsahibəsində Ferrari komandasının başçısı Stefano Domenikali çempinatdakı vəziyyətdən danışıb…

Stefano Domenikali: “Təəssüf ki, aerodinamik borudakı ölçmələr trasda aldığımız nəticələrə uyğun gəlmir, ona görə də 150° İtalia-nın mövsümün əvvəlində sonuncu yenilənməsi lazımi effektlik verməyib. Qeyd etməliyəm ki, istənilən halda Red Bull komandası ən sürətli maşını hazırlayıb.

Əgər Fettel növbəti yarışlarda da qələbə və poidum qazanmaqda davam edərsə, onda biz Şumaherlə 2002-ci və 2004-cü illərdə olduğu kimi titulun taleyi vaxtından əvvəl həll oluna bilər. Hərçənd, mən buna inanmıram – Formula1-də vəziyyət tez-tez dəyişir. Mən israr etmirəm ki, biz qalib gələcəyik, amma hesab edirəm ki, çempionatda hələ heç nə həll olmayıb.

Alonso və Şumaher? Müxtəlif nəsillərin nümayəndələrini müqayisə etmək həmişə çətindir. Fernando yüksək səviyyəli sürücüdür, Mixael isə mənim üçün həmişə nömrə birdir – o hamıdan çox qələbə qazanıb, bizim idmanda isə hamını yalnz statistika üzrə müqayisə etmək olar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*