19 Noyabr 2017, Bazar - 14:32

Scuderia Toro Rosso – STR9 (video)

Scuderia Toro Rosso – STR9 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:04 - 10 Yanvar, 2014

Mövsümün ilk üç təqdimatı virtual baş tutmuşdu – jurnalistlər yalnız studiyada çəkilmiş şəkilləri görmüş və rəsmi müsahibələrlə tanış olmuşdular: yeni […]

Mövsümün ilk üç təqdimatı virtual baş tutmuşdu – jurnalistlər yalnız studiyada çəkilmiş şəkilləri görmüş və rəsmi müsahibələrlə tanış olmuşdular: yeni maşınların genişmiqyaslı təqdimat mərasimləri artıq tarixə qovuşur.

Komandaların çoxu mövsümöncəsi testlərin ilk mərhələsinə yeni maşınla gəldiyi üçün elə təqdimat mərasimini də Xeresdə keçirməyi planlaşdırıb. Artıq ilk təqdimat da baş tutub – bu gün nahardan sonra Scuderia Toro Rosso komandası jurnalistlərə yeni STR9-u avtodromun pit-leynində sponsoru Cepsa-nın dəstəyi ilə təqdim edib.

str9-2
Yerli vaxtla saat 17:30-da komandanın başçısı Frants Tost yeni maşın üzərində işdən danışıb, bir neçə dəqiqədən sonra isə Jan Erik Vern və Daniil Kvyat yeni maşınınü zərindən pərdəni çəkiblər.

Frants Tost: “Qarşıdakı mövsüm bir neçə nöqteyi nəzərdən çox maraqlı olacaq. Mən bu ili yeni strategiya və daimi yeniliklər ili adlandırardım. Biz yeni burun elementi, yeni yan pantonlar, yeni antiqanadlar hazırlamalı olduq – hələ heç bir zaman biz yeni layihə üzərində bu qədər erkən işə başlamamışdıq.

Yan pantonlar daha böyük alınıb – soyutma sisteminin ardiatorları üçün yer tapmaq lazım idi. Komanda öz işinin öhdəsindən əla gəlib, radiatorlar elə yerləşdirilib ki, maşın aerodinamik effektliyini itirməyib. Son iki həftə STR9 üzərində iş bazada gecə saat 2-yə qədər davam edib.

Yeni reqlament layihənin yeni fəlsəfəsini tələb edib – biz layihəyə ağ vərəq üzərində başladıq. Son illərdə reallaşdırılmış ştat və avadanlıq sərmayələri Ceyms Kinin başçılığı altında istedadlı mühəndis və konstruktorların toplanmasına imkan verib. Bu stabillik bizə çox kömək etdi, digər sahələrdəki dəyişikliklər isə bizə gələcək tərəqqidə kömək edəcək.

Bu ildən biz motor təchizatçısını da dəyişmişik – indi biz son dörd ilin çempionunun motorundan istifadə edəcəyik. Ona görə də bu texniki sahədə biz Red Bull komandasından olan kolleqalarımızla da əməkdaşlıq edə biləcəyik.

Hələlik proqnoz söyləmək çox çətindir – qüvvələr nisbəti hər yarış dəyişə bilər, amma qəti məniməm ki, mövsümün sonunda bizə Mühəndislər Kubokunda keçən illə müqayisədə irəlidə olacayıq.”

str9-3
STR9 ənənəvi rəng çalarlarını saxlayıb, yenir eqlamentə uyğun hazırlanmış burun elementi isə orijinal alınıb və heç də hamının xoşuna gəlməyib, amma mühəndislərə məhz bu element daha effektiv görünüb. Bu il komanda Red Bull kimi Renault motorlarından istifadə edəcək. Maşın texniki deirktor Ceyms Kinin başçılığı altında hazırlanıb…

Ceyms Ki: “Əsas problem aerodinamik effeltiyi artırmaq idi. Son 12 ay ərzində biz aerodinamika şöbəsini ciddi böyütmüşük – indi biz təcrübəli mühəndislərlə çalışırıq və bu sahədə iş hələ davam edir.

Motor təchizatçısının dəyişdirilməsi naməlum istiqamətdə atılmış addımdır, amma biz Renault tərəfindən hələlik yüksək nizam-intizam, məsuliyyət görmüşük. Bu il güc qurğusunun etibarlılığı böyük əhəmiyyət kəsb edəcək.

Qarşıdakı mövsümdə məqsədimiz inkişaf etmək, daha çox xal qazanmaqdır, amma söhbət yalnız rəqəmlərdən getmir – biz öz potensialımızdan maksimum yararlanmaq istəyirik.”

str9-4
Sürücülər artıq yeni maşını test ediblər – keçən həftə reqlamentin icazə verdiyi çəkiliş günü çərçivəsində komanda Mizano trasında çalışıb, sabah isə testlərin ilk günü sükan arxasında Jan Erik Vern işləyəcək…

Jan Erik Vern: “Qarşıda məni Formula1-də 3-cü mövsümüm gözləyir və mən hiss edirəm ki, mən mövsümə çox yaxşı hazıram. İndi bizim məqsədimiz mövsümöncəsi testləri məhsuldar keçirməklə ilk yarışa tam hazır olmaqdır. Əminəm ki, bu il biz uğur qazana biləcəyik.

Sürücü nöqteyi nəzərindən bu il biz bir çox yeniliklərlə üzləşəcəyik – testlərdə bu yeniliklərə öyrəşməliyik. Mövsümöncəsi testlərin əsas məqsədi də elə budur – mövsümün ilk yarışına maşının potensialını maksimum açmalıyıq. Bu il biz yanacağa qənaət etməliyik, ona görə də sürmə stilini də dəyişməli olacayıq. Asfalta yatma qüvvəsinin dəyişməsi maşının davranışına təsir edəcək və buna alışmaq lazımdır. Bizi mövsümün inanılmaz başlanğıcı gözləyir.”

str9-5
Daniil Kvyat: “Mən çox şadam ki, Formula1-də ilk mövsümüm başlayır. Bu il mənim üçün çox yenilik olacaq, düşünürəm ki, çox maraqlı olacaq. Mən trasda işə başlamağımı səbirsizliklə gözləyirəm – mənim sənətimin ən yaxşı hissəsi məhz budur.

Mövsümöncəsi testlərdə altı iş günü elə də çox deyil, baxaq görək, mənim maşına öyrəşməyimə bu müddət kifayət edəcəkmi, amma keçənilki maşınlarda elə də ciddi problem olmamışdı. Mənim debütant olmağım hər şeyə tez öyrəşməyimi tələb edir, amma reqlamentdəki ciddi dəyişikliklər hamını müəyyən yeniliklərə öyrəşməyə məcbur edəcək.

İstənilən halda, mən həmişə çətinlikləri xoşlamışam. Qışda intensiv məşqlər keçirmişəm, boyun əzələlərimi gücləndirmişəm, fiziki cəhətdən mövqümə çox hazıram. Komanda mənim qarşımda konkret vəzifələr qoymayıb, ona görə də mən sadəcə öz maksimumu göstərməyə çalışacam.”

str9-6


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 369
Teqlər , , , , , , , ,
Paylaş

logo